Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında danışıq olması ilə bağlı yayılan məlumatlara Kremlin münasibəti bəlli olub.
Musavat.com xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə açıqlamasında bildirib ki, Vaşinqtondakı administrasiya fəaliyyətini genişləndirdikcə müxtəlif kanallar vasitəsilə çoxsaylı kommunikasiya qurulur.
"Mən şəxsən nəyinsə fərqində olmaya bilərəm, hansısa məlumatdan xəbərsiz ola bilərəm. Buna görə də bu məsələ ilə bağlı nə təsdiq, nə də təkzibedici açıqlama verə bilərəm", – deyə Peskov vurğulayıb.
Musavat.com
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ