İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Kerç körpüsündə partlayışın baş verdiyini təsdiqlədi

Prezidentin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, partlayış qeydə alınıb, lakin heç bir ziyan dəyməyib və körpü normal rejimdə fəaliyyətini davam etdirir.

Musavat.com xəbər verir ki, Peskov bu hadisə fonunda Ukraynanın Rusiya infrastruktur obyektlərinə qarşı hücum cəhdlərini davam etdirdiyini bildirib və Rusiya tərəfinin müvafiq ehtiyat tədbirləri gördüyünü vurğulayıb. O həmçinin qeyd edib ki, Rusiya hərbi aerodromlara edilən dron hücumları ilə bağlı cinayətlərin araşdırılması üçün bütün zəruri addımları atacaq.

Prezident Vladimir Putinin ölüm hökmünün bərpası ilə bağlı mövqeyinin dəyişmədiyini deyən Peskov, bu məsələnin gündəmdə olmadığını da xatırladıb.

Hərbi aerodromlara hücumlarda şübhəli bilinən və Qazaxıstana qaçan şəxsin axtarışı ilə bağlı suala cavab olaraq isə o, məsələnin xüsusi xidmət orqanlarının səlahiyyətində olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında yeni danışıqlar raundunun tarixləri layihə memorandumlarının öyrənilməsindən sonra razılaşdırılacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR