İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml: “İsveçin NATO-ya üzvlük müraciətinin təsdiqlənməsi Türkiyənin suveren qərarıdır”

İsveçin NATO-ya üzv olmaq üçün müraciətinin təsdiqlənməsi Türkiyənin suveren qərarıdır.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

“Türkiyə hələ də Şimali Atlantika Alyansının üzvüdür. Bu, açıq-aydın faktdır. Onun öz öhdəlikləri, bu Alyansla bağlı müttəfiqləri ilə danışıqlar prosesi var. Bu, Türkiyənin suveren qərarıdır”, - o bildirib.

Xatırladaq ki, yanvarın 23-də Türkiyə parlamenti İsveçin alyansa qoşulması ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR