İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml elitası müharibədən bezib, amma Putinə deməyə qorxur – “Bu, biabırçılıqdır”

Kreml daxilində müharibədən yorğunluq getdikcə artır.

Musavat.com xəbər verir ki, "The Washington Post"un məlumatına görə, əksər yüksək vəzifəli şəxslər əvvəlki həyata qayıtmaq istəsələr də, bunu açıq şəkildə ifadə etməkdən çəkinirlər.

Mənbənin sözlərinə görə, “hamı Putindən qorxur. Heç kim kompromislərdən danışmaq istəmir, çünki hamısının göstərməsi lazım olan şey – onların patriot olmasıdır”.

Kremldəki başqa bir mənbə isə bildirib ki, qarşıdakı sammit “buna son qoymaq üçün real şans”dır. Onun sözlərinə görə, bu görüş Rusiya elitasını sakitləşdirmək məqsədi daşıyır: “Bu müharibə onlar üçün biabırçılıqdır və onlar hər şeyin əvvəlki kimi olmasını istəyirlər”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR