İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Baydenin Putinə qarşı ittihamlarına cavab verib

ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putinlə bağlı açıqlamaları qəbuledilməzdir, başqa dövlətləri bombalayan ölkə prezidentinin belə sözləri deməyə haqqı yoxdur.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Prezidentimiz çox müdrik, uzaqgörən və mədəni beynəlxalq xadimdir və Rusiya Federasiyasının rəhbəri, dövlət başçısıdır. Cənab Baydenin bu cür bəyanatları barədə - mən artıq dünən dedim - onlar tamamilə qəbuledilməzdir, bağışlanmazdır. Ən əsası, yəqin ki, bütün dünyada insanları bombalayan dövlət başçısının bu sözləri demək hüququ ola bilməz”, - deyə Peskov vurğulayıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR