İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Ararat Mirzoyanın yalanını ifşa edib

Kreml Rusiya prezidenti Vladimir Putinin Ermənistana gözlənilən səfərini hələlik təsdiqləməyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib.

“Mənim bu barədə heç bir təsdiqedici məlumatım yoxdur. Hələlik tərəfimiz bu barədə rəsmi açıqlama verməyib”, - deyə Uşakov jurnalistlərin belə bir səfərin hazırlanıb-hazırlanmaması ilə bağlı sualı cavablandırıb.

O Rusiya lideri və Ermənistanın baş naziri Nikol Paşinyanın işgüzar əlaqələrinin aktiv olduğunu, bu il bir neçə dəfə şəxsən görüşdüyünü və mütəmadi olaraq telefonla danışdığını söyləməklə kifayətlənib.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Putinin bu ilin oktyabr-dekabr aylarında İrəvana səfərinin baş tuta biləcəyini bəyan etmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR