İnsanlara hürriyət, millətlərə istiqlal!

Krasnodarda yanğın: 3 nəfər ölüb

Rusiyanın Krasnodar diyarının Anapa şəhərində üç nəfər, o cümlədən bir yeniyetmə yaşayış qoşqusunda yanaraq ölüb.

“Report” xəbər verir ki, bu barədə İstintaq Komitəsinin Krasnodar diyarı üzrə idarəsi bildirib.

İstintaqın versiyasına görə, iyulun 6-na keçən gecə Sukko kəndində yaşayış qoşqusunda yanğın baş verib. Yanğının qarşısı alındıqdan sonra orada 15 yaşlı yeniyetmə və iki böyük şəxsin meyiti tapılıb.

İlkin məlumatlara görə, yanğına səbəb qısaqapanma olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR