İnsanlara hürriyət, millətlərə istiqlal!

Kral III Çarlzın tacqoyma mərasimi gələn il keçiriləcək

Kral III Çarlzın tacqoyma mərasimi gələn il keçiriləcək.

AZƏRTAC Britaniya mediyasına istinadla xəbər verir ki, mövzu ilə bağlı rəsmi açıqlama olmasa da, iyunun 3-də rəsmən tac qoyacağı gözlənilir.

Anası Kraliça II Elizabetdən fərqli olaraq, Kral III Çarlz mərasimin daha sadə keçirilməsinin tərəfdarıdır.

Vestminster Abbatlığında keçirilməsi planlaşdırılan mərasim 1953-cü ildə Kraliça Elizabetanın tacqoyma mərasimdən daha qısa olacaq.

Belə ki, anasının tacqoyma mərasimi 3 saat çəkdiyi halda, o, bu mərasimin bir saat olmasını istəyir. Həmçinin o, mərasimdə iştirak edəcək qonaqların sayının 8 min nəfərdən 2 minə endirilməsini tələb edib.

Kral III Çarlz gələn il tacqoyma mərasimində 74, həyat yoldaşı Kamilla isə 76 yaşında olacaq. O, indiyə qədər tac almış ən yaşlı monarx olacaq.

Yeni kral 56 müstəqil ölkədən və 2,4 milyard insandan ibarət Millətlər Birliyinin rəhbəridir. Bu ölkələrdən 14-nün isə dövlət başçısıdır.

Kral İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyadan ibarət Böyük Britaniyanın dövlət başçısıdır. Lakin onun səlahiyyətləri simvolikdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR