İnsanlara hürriyət, millətlərə istiqlal!

Kral ailəsinin İÇ ÜZÜ - Şahzadə niyə pulsuz qalıb?

Britaniya mətbuatında Ribert Cobsonun yeni “Our King: Charles 3” kitabından yeni detallar müzakirə olunur.

Musavat.com xəbər verir ki, kitabda deyilənlərə görə, kral III Çarlz ondan davamlı olaraq pul istəyən və söyüş söyən oğlunun - şahzadə Harrinin zənglərinə cavab verməyi dayandırıb.

Kraliça II Elizabet hələ sağ ikən bu münasibətinin səbəbini soruşduqda Çarlz “Mən bank deyiləm” cavabını verib.

Kitabda qeyd olunub ki, Harrinin saraydan ayrılmasından xeyli əvvəl, hətta Harri ilə Meganın toyu baş tutmamışdan əvvəl Çarlz oğluna "Megan üçün pul verməyəcəyini" söyləyib və bu gənc şahzadəni qəzəbləndirib.

Daha əvvəl Britaniya mətbuatında bildirilmişdi ki, kraliça 2020-ci ildə ABŞ-a köçən nəvəsi Harri ilə atası Çarlzı barışdırmaq üçün çox çalışıb. “Mirror” qəzeti 2022-ci ilin dekabrında bir şahidin ifadəsinə əsasən, Çarlzın Kraliçanın “Oğlunun zənglərinə niyə cavab vermirsən” sualına “Mən bank deyiləm” cavabını yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR