İnsanlara hürriyət, millətlərə istiqlal!

Kosova serbləri yük maşınlarını Kosovaya buraxmırlar

Kosova serbləri Serbiya ilə Kosova və Metohiya Muxtar Vilayəti arasındakı inzibati xəttdən yük maşınlarının keçidini bağlayıb. Buna səbəb Kosova hakimiyyətinin qondarma "Serb dövləti"nə aid nömrə nişanlı avtomobillərin Kosovaya girişini qadağan etməsi, serbləri cavab tədbiri həyata keçirməsidir.

Musavat.com xəbər verir ki, bu barədə çərşənbə axşamı Kosova onlayn portalı məlumat yayıb.

Bildirilir ki, "Serb dövlət nömrə nişanlı" yük maşınlarının sürücüləri muxtar vilayətlə Serbiya arasında əsas magistral yolda yerləşən Jarinye keçid məntəqəsinin fəaliyyətini əngəlləyirlər. Onlar Kosovaya məxsus maşınlarını buraxmır, minik avtomobilləri və sərnişin avtobusları üçün dəhliz verirlər. Aksiya bazar ertəsi axşamdan etibarən Serbiyadan gələn avtomobil yolunun bir hissəsində keçirilir.

Sürücülərin əksəriyyəti iyunun 14-dən, Kosova səlahiyyətliləri ölkənin şimalında yaşayab serblərə aid avtomobillərin "təhlükəsizlik məqsədilə" ölkəyə buraxılmasını dayandırdıqdan sonra  bu addımı atıblar. Etirazçılar aksiyanın siyasi xarakter daşımadığını  bildirir, Belqrad və Priştinanı regionda kommunikasiyaların açıq tutulması barədə razılığa gəlməyə çağırırlar.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR