Onlayn ictimai-siyasi qəzet
Bu gün səhər saatlarında "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindəki avtobus dayanacaqlarında kişilərin kütləvi şəkildə polis tərəfindən yoxlanılması baş verib.
Musavat.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, xeyli sayda polis əməkdaşı ərazidəki kişilərdən şəxsiyyət vəsiqələrini tələb edərək bort-kompüter vasitəsilə yoxlayıb.
Yoxlamanın hansı məqsədlə aparılmasını öyrənmək üçün Daxili İşlər Nazirliyinə sorğu ünvanlanıb. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, həmin ərazidə aktiv koronavirus xəstəsinin olduğuna dair şübhələr yarandığı üçün polis əməkdaşları tərəfindən müvafiq yoxlama aparılıb.
13 Oktyabr 2024
12 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ