Onlayn ictimai-siyasi qəzet
Sosial şəbəkələrdə "Kontakt Home" mağazalar şəbəkəsinin bağlanması iddiaları yayılıb.
Son günlərdə şirkətin Bakıdakı bir neçə filialının bağlanması müştərilərdə də narahatlıq yaradıb və onlar kreditlərinin taleyinin necə olacağını düşünürlər.
Yayılan iddialarla əlaqədar olaraq "Kontakt Home"la əlaqə saxladıq. Sorğumuza cavab olaraq mağazalar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Vəfa Rüstəmova bildirdi ki, yayılan iddialar əsassızdır:
"İlin əvvəlindən Azərbaycan üzrə 6 yeni mağazamız fəaliyyətə başlayıb, il sonunadək isə daha bir neçə mağazanın açılışı gündəmdədir. Bizim üçün müştərilərin alış-veriş rahatlığı ən əsas prinsiplərdəndir. Ona görə də ünvan olaraq onlara ən uyğun yerlərdə fəaliyyətimizi davam etdirməyə çalışırıq. Hazırda fəaliyyətini dayandıran mağazaları daha böyük və müştərilərimizin gediş-gəlişi üçün daha rahat yeni mağazalarımız əvəz edir. Ona görə, bu tip şaiyələrin hər hansı əsası yoxdur. Əksinə, Azərbaycanın bütün regionlarında satış nöqtələrimizin açılması hədəfdədir"./Metbuat.az
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ