İnsanlara hürriyət, millətlərə istiqlal!

Konor Makqreqor bu il döyüşə qayıtmayacaq?

İki çəki dərəcəsində Mütləq Döyüş Çempionatının (UFC) çempionu olmuş irlandiyalı Konor Makqreqor 2024-cü ildə döyüşməyəcək.

Oxu.Az matchtv.ru-ya istinadən xəbər verir ki, bu barədə UFC-nin prezidenti Dana Uayt məlumat verib.

İyunun sonunda 36 yaşlı Makqreqor üç ildən sonra oktaqona qayıtmalı idi, lakin onun amerikalı Maykl Çandlerlə döyüşü ləğv olunub. İrlandiyalı idmançı MMA karyerası ərzində 22 qələbə qazanıb və altı dəfə məğlub olub.

"Görüşməmişik, amma danışmışıq. Makqreqor döyüşmək istəyir, amma bu il yox", - deyə Uayt mətbuat konfransında bildirib.

Qeyd olunub ki, Makqreqor sosial şəbəkədə UFC prezidentinə müraciət edərək, döyüşün dekabrda təşkil olunmasını istəyib.

"Dana, Dekabr! Gəlin ili qalibiyyətlə yekunlaşdıraq. Gələn ay hazırlaşmaq üçün yüksəkliyə gedəcəyəm. UFC və Danaya deyin ki, biz dekabrı istəyirik", - deyə döyüşçü yazıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR