İnsanlara hürriyət, millətlərə istiqlal!

Konfransda yuxuya gedən səfir İŞİNİ İTİRDİ - FOTOLAR

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares İspaniyanın Belçikadakı səfiri Alberto Antonu nazirin Madriddə illik diplomatik konfransda çıxışı zamanı yuxuya getdiyinə görə işdən çıxarıb.

Musavat.com xəbər verir ki, bu barədə İspaniyanın "igeteo.MX" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, yuxuya gedən səfir tədbiri lentə alan operatorların obyektivinə düşüb.

Daha sonra Alberto Antonun əsnəyən və yatmış vəziyyətdə olduğu görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumatda həmçinin qeyd olunur ki, İspaniyada Xose Manuel Albares qeyri-rəsmi olaraq "Kiçik Napaleon" ləqəbi ilə tanınır, çünki o, işində sərt və prinsipial yanaşması ilə seçilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR