İnsanlara hürriyət, millətlərə istiqlal!

Kommunist deputat Vladimir Putinin çıxışı zamanı ironik hərəkətlər etdi - VİDEO

Rusiya Federasiyası Samara vilayətinin kommunist deputatı Mixail Abdalkin prezident Vladimir Putinin çıxışına özünəməxsus tərzdə reaksiya verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Putin nitqində “müstəmləkəçilik və hegemonluq” haqqında danışarkən kommunist deputat qulağına əriştə asıb.

Rus diində "qulaqdan əriştə asmaq" (“вешать лапшу на уши”) kimi bir idiomatik ifadə var və bu, birini həyasızlıqla aldatmaq mənası verir. Mixail Abdılkin bu hərəkəti ilə Putinin xalqı aldatdığına işarə edib.

Kommunist Partiyasının rəhbəri Gennadi Züqanov Abdalkinin mövqeyini bölüşmədiyini bildirib. Onun sözlərinə görə, “prezident nəyi lazımdırsa onu nümayiş etdirir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR