Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Sankt-Peterburq şəhərində mənzil-kommunal xidmətlərinin tarifləri iyulun 1-dən artacaq.
Şəhərin kommunal xidmət göstərən müəssisələri artıq vətəndaşlara müvafiq xəbərdarlıq göndərməyə başlayıb.
Qeyd olunur ki, Sankt-Peterburq sakinləri 2024-cü ilin iyul ayından soyuq suyun hər kubmetri üçün 39,7 rubl, kanalizasiya üçün isə eyni məbləğdə pul ödəməli olacaqlar. Bu qərar Sankt-Peterburq Tarif Komitəsinin tələbləri ilə əlaqədar qəbul edilib.
O da bildirilir ki, mənzil-kommunal xidmətlərinin tariflərinin maksimum bahalaşması 9,4 faiz təşkil edəcək. (Publika.az)
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ