İnsanlara hürriyət, millətlərə istiqlal!

“Komedixana”nın ulduzu ailə həyatını niyə gizli saxlayır?

2019-cu ildən “Xəzər” telekanalında yayımlanan “Komedixana” layihəsi illərdir izləyicilər tərəfindən sevilir. Layihənin ulduzları isə tamaşaçıların daim diqqət mərkəzindədir.

Bəs “Komedixana”nın ulduzlarından olan aktrisa Mələk Kazımova kimdir?

Musavat.com aktrisanın dosyesini təqdim edir.

Mələk Kazımova 25 iyul 1996-cı ildə Bakıda dünyaya gəlib. Mələk “Komedixana”dan öncə bir neçə filmdə rol alıb.
“Komedixana” və TikTok-dakı fəalliyəti ilə diqqət çəkən Mələk Kazımova haqqında mediada çox xəbərə rast gəlinmir. O, 135 minlik instaqram hesabında da aktivdir. Mələk daha çox “Komedixana”dan və etdiyi səyahətlərdən paylaşımlar edir.

Şəxsi həyatını mediadan gizlədən aktrisanın haqqında xəbərlər qızının doğulması ilə bağlıdır. O şəxsi həyatını gizli saxlamağa çalışır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 May 2025

30 May 2025

BÜTÜN XƏBƏRLƏR