Onlayn ictimai-siyasi qəzet
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Ləmmi arasında telefon danışığı baş tutub.
“Report”un xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən “Haber Global” telekanalı məlumat yayıb.
Telefon danışığı zamanı diplomatlar ikitərəfli münasibətləri, həmçinin Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq üçün atılan addımları müzakirə ediblər.
“Görüşdə Suriyadakı son hadisələr, Pakistan və Hindistan arasındakı münasibətlərdəki vəziyyət və digər regional məsələlər də müzakirə edilib”, - mənbə bildirib.
01 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ