İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada hökumətə qarşı növbəti etimadsızlıq səsverməsi keçiriləcək

Fransa Milli Assambleyasında (parlamentin aşağı palatası) bir qrup solçu deputat müzakirələr zamanı fermerlər üçün tənzimləmələri yüngülləşdirən qanun layihəsinin rədd edilməsinə görə Fransua Bayru hökumətinə etimad səsverməsinin keçirilməsi üçün vəsatət qaldırıb.

“Report” xəbər verir ki, müvafiq bəyanatı səsvermənin təşəbbüskarlarından biri olan “Fransa tabe olmayanlar” partiyası dərc edib.

Vəsatətə iyunun 4-də saat 14:00-da (Bakı vaxtı ilə 16:00) baxılacağı gözlənilir.

Hökumətə əvvəlki etimadsızlıq cəhd Sosialist Partiyasının təşəbbüsü ilə 2025-ci il fevralın 19-da edilib, çünki solçular Baş nazir Bayrunun “ölkədə miqrantların üstünlüyü” ilə bağlı açıqlamalarından hiddətlənib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR