Onlayn ictimai-siyasi qəzet
Kolumbiya Prezidenti Qustavo Petro kokainin qadağan olunmasının səbəbini onun Latın Amerikasında istehsal olunması ilə əlaqələndirərək qeyd edib ki, bu maddə viskidən daha pis deyil.
Musavat.com xəbər verir ki, Petro dünya miqyasında kokainin leqallaşdırılmasının narkobiznesi asanlıqla məhv edə biləcəyi fikrini irəli sürüb.
Kolumbiya lideri bildirib: "Əgər kokain bütün dünyada leqallaşdırılsaydı, onu şərab kimi satardıq və əldə edilən gəlirləri uşaqların spirtli içkilər və ya siqaretə başlamaması üçün istifadə edərdik. Kolumbiyada biz artıq bu istiqamətdə müəyyən uğurlar qazanmışıq".
Petro narkotik maddələrlə mübarizənin yeni yanaşmalar tələb etdiyini vurğulayaraq, leqallaşdırmanın narkotik maddələrin qeyri-qanuni ticarətini azaltmaq üçün effektiv bir yol ola biləcəyini düşünür. Onun fikrincə, bu yanaşma həm də dövlətlərin narkotik maddələrdən əldə etdiyi gəlirləri ictimai sağlamlıq və təhsil kimi sahələrə yönləndirməsinə şərait yaradacaq.
Kolumbiya uzun illərdir narkotik maddələrin istehsalı və ticarəti ilə mübarizə aparan ölkə kimi tanınır. Petro bu problemləri həll etmək üçün alternativ yolların axtarışında olduqlarını vurğulayır.
Musavat.com
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ