Onlayn ictimai-siyasi qəzet
Mütəxəssislər bir ay ərzində kofeindən istifadə etməməyin faydalarını açıqlayıb.
Musavat.com lent.az-a istinadən xəbər verir ki, qəhvənin həddindən artıq istehlakı narahatlıq, yuxusuzluq, baş ağrısı və kofein asılılığına səbəb olur.
Qəhvədən imtina ilk vaxtlarda çətin ola bilər, amma faydaları çoxdur.
1. Yuxu
Kofein beyin və sinir sisteminin fəaliyyətini sürətləndirir, bu da yuxu dövrünün pozulmasına səbəb olur. Kofeindən imtina daha dinc yatmağa və tez yuxuya getməyə imkan verir.
2. Diş çürüməsi riskinin azaldılması
Qəhvə dişlərin ləkələnməsi və minasının aşınmasına səbəb olur. Gündəlik qəhvə istehlakından qaçınmaq dişlərin sağlamlığı üçün faydalıdır.
3. Gənc dəri
Kofein dərinin elastikliyini qoruyan kollagenin istehsalını yavaşladaraq dərinin qocalmasına səbəb ola bilər.
4. Aşağı qan təzyiqi
Kofein qan təzyiqinin artmasına səbəb ola bilər.
5. Qida maddələrinin daha yaxşı mənimsənilməsi
Yüksək səviyyədə kofein qida maddələrinin udulmasına mane ola bilər. Kofeinin normada istehlakı bu təsirlərə səbəb olmur.
6. Arıqlamaq
Qəhvənin tərkibindəki şəkər, şərbət və kalorili əlavələr çəki artımına səbəb olur. Qəhvədən imtina arıqlamağa kömək edə bilər.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ