İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçəryanın işinə baxan hakimin Paşinyanın partiyasında olduğu aşkarlandı

“2018-ci ilin dekabr ayından mənim “Vətəndaş sazişi” partiyasının rəsmiləri ilə heç bir əlaqəm olmayıb”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya qarşı Mübarizə üzrə Cinayət Məhkəməsinin hakimi Sarkis Petrosyan bildirib.

“Mən heç vaxt siyasətlə məşğul olmamışam. 2018-ci ildə mən sadəcə olaraq qanunverici orqanda siyasi vəzifə tutmaq üçün müraciət etmişəm”, - deyə Petrosyan deyib.

Yerli medianın məlumatına əsasən, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və digərlərinin işi hakim Sarkis Petrosyanın icraatındadır. 2018-ci il parlament seçkilərində həmin hakim Paşinyanın “Mənim addımım” partiyasından, Şirak rayonundan deputatlığa namizəd olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR