Onlayn ictimai-siyasi qəzet
Robert Köçəryanın işi üzrə istintaq bərpa olunacaq.
Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, Kassasiya Məhkəməsi ikinci prezident, eləcə də KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov və digərlərinə qarşı icraata xitam verilməsi barədə qərarı ləğv edib.
Dərc olunan məhkəmə qərarından belə görünür ki, işə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində baxılacaq.
Qeyd edək ki, 2020-ci il iyunun 19-da Ermənistan Apellyasiya Məhkəməsinin qərarı ilə təxminən 4,2 milyon dollar məbləğində girov qarşılığında Robert Koçaryanın həbs qətimkan tədbiri ləğv edilib və o girov ödənildikdən sonra azad olunub. Məhkəmə Robert Koçaryanın həbs-qətimkan tədbirini ölkəni tərk etməmək haqqında iltizamnamə ilə azadlığa buraxmaqla əvəzləmək barədə qərar qəbul edib.
Nigar HƏSƏNLİ,
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ