Onlayn ictimai-siyasi qəzet
“Hazırkı hakim komanda hər ehtimala qarşı erkən seçkilərə hazırlaşır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli siyasi ekspert Karen Köçəryan deyib.
“Ermənistanın baş naziri Nikol Paşinyan iki məqsəd güdür. Birincisi, o, öz elektoratına ölkədə hər şeyin qaydasında olduğunu göstərməyə çalışır - rahatlıqla içə, yeyə və xoşbəxt ola bilərsiniz. İkinci məqsəd sülh müqaviləsinin imzalanması ilə bağlı işlərin necə getdiyi sualına cavab verməkdən yayınmaqdır”, - deyə Köçəryan yerli “Traektoriya” proqramının efirində bildirib.
Karen Köçəryanın fikrincə, Ermənistan yalnız qəbul edilən qərarlardan xəbərdar olan ölkəyə çevrilib:
“Ermənistanın özü qərarların qəbulunda iştirak etmir. Paşinyan iqtidarı Ermənistanda növbədənkənar seçkilərin nə vaxt olacağını belə bilmir. İndiki şəraitdə xarici qüvvələrin köməyi olmadan Ermənistan daxilində hər hansı dəyişikliyi təmin etmək mümkün deyil”.
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ