Onlayn ictimai-siyasi qəzet
Ermənistanın ikinci prezidenti Robert Koçaryan ölkəsinin Avropa İttifaqına inteqrasiyasını tənqid edib və Kremlin ritorikasını təkrarlayan sərt açıqlama verib.
Musavat.com xəbər verir ki, Koçaryan Ermənistanın təhlükəsizliyinin təminində Avropanın rolunu faydasız hesab etdiyini bildirib. Onun sözlərinə görə, əgər Ermənistan üçün əsas prioritet suverenlikdirsə, o zaman Aİ-dən mümkün qədər uzaqda qalmaq lazımdır.
“Aİ-də Avrokomissiya mövcuddur ki, o da üzv ölkələri cəzalandıra, cərimələyə və müxtəlif tələblər irəli sürə bilər. Avropa Ermənistanın təhlükəsizlik məsələsini həll edə bilməz, Makronla Paşinyanın qucaqlaşmaları heç bir məna daşımır,” – deyə o vurğulayıb.
Koçaryan əlavə edib ki, regionda əsas oyunçular Rusiya, Türkiyə və İrandır və Avropanın Cənubi Qafqaza təsir edə biləcəyini düşünmək sadəlövhlükdür.
Musavat.com
19 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ