İnsanlara hürriyət, millətlərə istiqlal!

Köç gününün fotosu: erməni sakinin brifinqi...

İnternet resurslarında qarşımıza Qarabağdan köçməyə hazırlaşan erməni sakinlərin şəkilləri çıxır – açıqlama, müsahibə verirlər.

O cür şəkillərdən biri də budur: 55-60 yaşlarında kişi Azərbaycan mediasının iki qurumuna eyni zamanda müsahibə verir, 1-2 sayt, qəzet olsaydı, əməlli-başlı brifinqə oxşayardı.

Bu, adi epizod deyil. Bu, Qarabağdan köçmək istəyən və ya köçmək istəməyən mülki ermənilərin təhlükəsizlikdə olmalarının, özlərini əmin-arxayın hiss etmələrinin tablosudur.

30-32 il öncə işğala məruz qalan rayonlarmızdan köçməyə məcbur olan soydaşlarımızın belə bir lüksü yox idi ki, üzrlərinə, ağızlarına tuşlanmış mikrofonların, video və fotokameraların önündə duralar və öz təəssüratlarını bölüşələr.

brifinq.jpg (122 KB)

O vaxt onların üzünə yalnız “Kalaşnikov”ların ölümsaçan lülələri tuşlanırdı və onları ya yerindəcə güllələyir, ya da girov götürüb işgəncə verməyə, hansısa həlak olmuş erməni döyüşçünün qəbri üstündə başını kəsməyə aparırdılar.

I Qarabağ müharibəsində yüzlərlə, hətta minlərlə belə fakt olub. Erməni jurnalistlər bizimkilərdən müsahibə götürməyiblər, onların ev-eşiklərindən əllərinə nə keçibsə, götürüblər və dinc insanların necə əsir-yesir edilmələrini lentə alıblar.

O videolentlərin içində əsir düşmüş əsgərimizin erməni bayrağını öpməyə məcbur edilməsini əks etdirən görüntülər də vardı. Hiddətlənmədən baxmaq olmurdu.

Bunlar isə müsahibə verirlər. Nə deməkləri önəmli deyil. Əsas odur ki, onları güllələyən, yerdə süründürən, yalvardan yoxdur.

Bu, erməni hərbçilərlə bizim əsgərlərin arasındakı fərqi göstərən onlarla detaldan biridir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR