İnsanlara hürriyət, millətlərə istiqlal!

Kobaxidze: “Ukraynalı diplomatın gedişi paltaryuyan maşınlarla bağlıdır”

Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa ölkənin Gürcüstandakı müvəqqəti işlər vəkili Mixail Xarişinin geri çağırılması haqqında qərar verib.

Musavat.com xəbər verir ki, Sibiqa bu barədə Ukraynanın səfirləri və baş konsulları ilə görüşdən sonra feysbukda yazıb.

Onun sözlərinə görə, Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkilinin uzunmüddətli fəaliyyətini “müharibə edən ölkənin diplomatiyasının reallıqlarını tam dərk etməməsi səbəbindən” dayandırıb. Sibiqa başqa təfərrüatları açıqlamayıb.

Gürcüstanın baş naziri İrakli Kobaxidze Ukrayna XİN rəhbərinin qərarını özünəməxsus tərzdə şərh edib. Kobaxidzenin iddiasına görə, bu qərar məişət texnikasının alınması ilə bağlıdır.

“Bizdə olan məlumata görə, bu, siyasi akt deyil. Konkret bir nümayəndənin, səhv etmirəmsə, diplomatik statusu da var, məişət əşyaları alması ilə əlaqədardır. Bu, davam edən müharibə fonunda qeyri-adekvat hesab edilib və onun geri çağırılmasına gətirib çıxarıb. Bizdə olan məlumat budur. Söhbət paltaryuyan maşınlardan gedir”, - deyə Gürcüstan baş naziri bildirib.

Qeyd edək ki, “paltaryuyan maşın” beynəlxalq münasibətlərdə çirkli pulların yuyulmasını təsvir edən ifadə sayılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR