Onlayn ictimai-siyasi qəzet
"Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının qrup mərhələsinin püşkü barədə fikirlərini bölüşüb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, A qrupunda "Napoli", "Ayaks" və "Reyncers"lə mübarizə aparacaq komandanın çalışdırıcısı oyunların çətin və maraqı keçəcəyini deyib:
"Əvvəlcə onu deyim ki, bu komandamız üçün layiqli qrupdur. Oradakı bütün komandalar tarixə və keyfiyyətə malikdirlər. Hamının, o cümlədən bizim də şansımız var. Oyunları səbrsizliklə gözləyirik. Cəmi bir neçə il əvvəl "Ayaks"la 2 çətin oyun keçirdik. "Napoli" ilə müntəzəm olaraq heç-heçə edirik.
"Reyncers" bizim üçün yeni rəqibdir, lakin biz onları tanıyırıq. "Reyncers" son bir neçə ildə çox yaxşı işlər görüb. Ümumilikdə isə qrupdakı 6 oyunun hamısı çətin və maraqlı keçəcək. Mən bundan məmnunam. Bu, əsl futbol qrupudur".
23 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ