Onlayn ictimai-siyasi qəzet
Məşhur Braziliya serialı “Klon”un aktrisası Karla Diaz deputat və hüquq müdafiəçisi nişanlısı Felipe Bekaridən ayrılıb.
“Qafqazinfo” “StarHit”ə istinadən xəbər verir ki, buna səbəb Felipenin heyvanlar üçün ianə edilmiş vəsaiti xərcləməkdə ittiham olunmasıdır.
İddiaya görə, məhz bu pula o, aktrisaya bahalı zinyət əşyası alıb və onun üçün dəbdəbəli tətil təşkil edib. Hazırda San-Paulu polisi qalmaqallı işin istintaqı ilə məşğuldur.
Felipenin günahkar olması hələlik sübuta yetirilməsə də, qalmaqal onun ulduzla münasibətlərinə təsir edib. Bu gün Diaz deputatdan ayrıldığını bəyan edib. Aktrisa bunun səbəbini açıqlamayıb və qeyd edib ki, yaralı mövzu haqda danışmaq istəmir.
Bekari cavabında bildirib ki, Karla ilə böyük və gözəl ailə qurmağı arzulayırdı. O, əmin edir ki, ayrılıq ona son dərəcə ağır gəlir: “Mən səni görüşümüzün ilk günündən hər saniyə sevirdim. Təxmini iki il keçib, amma mənim hisslərim daha da möhkəmlənib”.
Deputat qeyd edib ki, bahalı üzük və turun məbləği qanuni yolla ödənilib.
Xatırladaq ki, cütlük ötən il nişanlanmışdı.
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ