İnsanlara hürriyət, millətlərə istiqlal!

Kliçko: “Ən pis ssenariyə hazır olmalıdırlar”

Ukraynanın paytaxtı Kiyev şəhərinin meri Vitali Kliçko şəhərdəki vəziyyətlə əlaqədar olaraq əhalinin qismən təxliyəsinə icazə verib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, Kliçko bu barədə “Bild”ə müsahibəsində deyib.

O bildirib ki, sakinlər şəhərdə işıqların kəsilməsi ilə əlaqədar hadisələrin ən pis ssenarisinə hazır olmalıdır.

“Şəhərdə elektrik enerjisinin kəsilməsi və havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar biz hər birimiz vəziyyətin pisləşəcəyini görə bilərik. Bu səbəbdən də şəhərin bir boşaldılmalı olacaq, çünki vəziyyətin faciəvi sonluqla bitməsini istəmirik”, - Kliçko əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR