İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kızılcık şerbeti”nin Fatihi Azərbaycan türkü imiş - VİDEO

Türkiyənin ən populyar seriallarından biri olan "Kızılcık şerbeti"nin baş rol oyunçularından biri olan, Fatih Ünal obrazını canlandıran Doğukan Güngör azərbaycanlı imiş.

Musavat.com xəbər verir ki, bu barədə onun özü “Ali ile aramızda” proqramında danışıb.

27 yaşlı aktyor verilişdə atasının azərbaycanlı, anasının isə iğdırlı olduğunu açıqlayıb.

O, ata tərəfinin azərbaycanlı olduğu üçün mühafizəkar olduğunu da qeyd edib:

“Atam azərbaycanlıdır. O, Hacettepe Universitetində təhsil alıb. Parlamentdə müşavir vəzifəsində çalışıb. Mən 7 yaşında olanda valideynlərim ayrıldı. Atam Almaniyada yaşadı, mən anamla İzmirə getdim. İlin 3-4 ayını Almaniyada atamla keçirirdim. Məktəb bitən kimi təyyarəyə minib yanına gedərdim. Atam intellektual biri idi. Anam isə Saloniki köçmənidir. Atatürkçüdürlər. Ata tərəfim azərbaycanlı olduğu üçün daha mühafizəkardır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR