İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevə DƏHŞƏTLİ ZƏRBƏ - Zelenski Çin və Macarıstana ÇAĞIRIŞ ETDİ

Kiyevdə Rusiyanın növbəti kütləvi zərbəsindən sonra dağıntıların təmizlənməsi davam edir. 

Musavat.com xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Ukrayna prezidenti Volodimir Zelenskinin açıqlamasına istinadən məlumat yayıb.

"Hazırda Kiyevdə Rusiyanın zərbəsindən sonra yaşayış binasının dağıntıları təmizlənir. Şəhərlərimizə və icmalarımıza qarşı növbəti kütləvi hücum əyata keçirilib. Təəssüf ki, ən azı 8 nəfərin öldüyü məlumdur. Onların arasında bir uşaq da var", - Zelenski deyib.

Ukrayna lideri əlavə edib ki, insanlar hələ də dağıntılar altında qala bilər və artıq onlarla yaralının olduğu bildirilir.

Onun sözlərinə görə, bugünkü hücumlar dünyada atəşkəs və diplomatiya çağırışı edən hər kəsə açıq cavabdır:

"Rusiya danışıqlar masasını yox, ballistik raketləri, müharibəyə son qoymağı yox, öldürməyə davam etməyi seçir. Bu, göstərir ki, Rusiya hələ də bunun nəticələrindən çəkinmir".

Zelenski Kiyevə hücumdan sonra Çin və Macarıstana da müraciət edib:

"Baş verənlərə Çinin reaksiyasını gözləyirik. Çin dəfələrlə müharibəni genişləndirməməyə və atəşkəsə çağırıb, amma bu, Rusiyaya görə baş vermir. Biz Macarıstanın reaksiyasını da gözləyirik".

Zelenski Kiyevdə dünyada sülhə çağıran hər kəsdən cavab gözlədiyini vurğulayıb və dünyanı Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb.

Qeyd edək ki, bu gecə rus işğalçıları Ukrayna paytaxtına növbəti hücumu həyata keçirib.

Rusiya ordusu şəhərin Darnitski rayonunda beşmərtəbəli binanı raketlə vurub. Bildirilir ki, raket binanın üçüncü və ya dördüncü mərtəbəsinə daxil olaraq əhəmiyyətli dağıntılara səbəb olub.

Hücum nəticəsində Kiyevdə bir sıra əsas küçələrdə nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb. Hazırda şəhərdə 500-ə yaxın xilasedici və 1 000 hüquq-mühafizə orqanının əməkdaşı fəaliyyət göstərir.

Əməliyyat məlumatlarına görə, azı 24 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Ölənlər arasında 14 yaşlı qız da var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR