Onlayn ictimai-siyasi qəzet
Ukrayna avrobondlarının bir qrup xarici sahibləri Kiyevdən dövlət borcuna görə faiz ödənişlərinin 2025-ci ilə kimi bərpa olunmasını tələb etmək niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.
Kreditorlar komitəsinə Ukraynanın ödənilməmiş 20 milyard dollarlıq avrobondlarının təxminən 20%-ni təşkil edən BlackRock və Pimco kimi nəhənglər daxildir.
Qəzet yazır ki, onlar artıq hökumətlə danışıqlar aparmaq üçün vəkillər tutublar.
İstiqraz sahiblərinin fikrincə, ABŞ-dan 60,6 milyard dollar yardım alan Ukrayna ildə 500 milyon dollara qədər faiz ödənişlərinin bərpası müqabilində borcun bir hissəsini bağışlamağa razı ola bilər.
Bəzi kreditorlar artıq bu planları Ukrayna hakimiyyəti ilə müzakirə ediblər. Kiyev bu işə Vaşinqtonu və digər müttəfiqlərini cəlb etməyə ümid edir.
Bununla belə, ABŞ və tərəfdaşları Kiyevin borclarına yenidən xidmət göstərməyə başlayarsa, Ukraynaya yardımın istiqraz sahibləri ilə başa çatacağından narahatdırlar.
Qəzetin yazdığına görə, sövdələşmə bağlanmasa, Ukrayna istiqraz sahibləri üçün verilən möhlət bitdikdən sonra avqustda defoltla üzləşə bilər. Bu, onun bazarda kreditləri cəlb etməyə davam etməsini çətinləşdirəcək.
Əvvəlcə kreditorlar münaqişənin 2024-cü ilə qədər bitəcəyinə inanaraq, iki illik möhlətlə razılaşdılar. Vəziyyətin uzanmasına baxmayaraq, onlar Qərbin dəstəyi sayəsində Ukraynanın maliyyəsinin sabitləşməsinə ümid edirlər.
30 Dekabr 2024
29 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ