Onlayn ictimai-siyasi qəzet
İran ilk hipersəs ballistik raketlər hazırlayır.
“Report” “Blomberq”ə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) bildirilib.
Məlumata görə, artıq ölkədə ilk hipersəs ballistik raketlərinin istehsalı üçün hazırlıqlar başlayıb.
SEPAH komandiri general Əmir-Əli Hacızadənin sözlərinə görə, İran raketləri ən yeni hava hücumundan müdafiə sistemlərindən yan keçməyə qadirdir.
O bildirib ki, hipersəs raketinin maksimal sürəti saatda, təxminən 6 min kilometrdir.
Qeyd edək ki, SEPAH komandiri bu bəyanatı İranın Rusiya ordusuna yaxınmənzilli ballistik raketlər ötürməsi ilə bağlı son məlumatlar fonunda verib.
14 Oktyabr 2024
01:40 Bakıdan qovulan İran mollası Cəmkəranda ortaya çıxdı və Livana yavan çörək təklif etdi - VİDEO
13 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ