Onlayn ictimai-siyasi qəzet
Yenidən Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan hökumətin tərkibini tamamilə dəyişə bilər. Bu barədə TGRT Haber telekanalı məlumat yayıb.
"Seçkilərdə qalib gələn prezident Ərdoğan dərhal işə başlayıb. Dünya liderlərinin təbriklərini qəbul edən Ərdoğan 5 il ərzində həyata keçiriləcək yol xəritəsini də hazırlayıb. Yeni kabinetə kimin daxil olacağı ilə bağlı səs-küylü şayiələr yayılsa da, Nazirlər Kabinetinin son iclası bu gün hazırkı nazirlərin iştirakı ilə keçiriləcək”, - telekanal bildirib.
Prezident Ərdoğanın sədrliyi ilə toplanacaq Nazirlər Kabinetinin çərşənbə günü yerli vaxtla saat 15:30 radələrində işə başlayacağı bildirilir.
Nəşrin yazdığına görə, iclası seçkilərlə əlaqədar ayın sonuna təxirə salınan Nazirlər Kabinetinin gündəliyinin əsas bəndi iqtisadiyyat olacaq. Prezident Ərdoğanın yeni Nazirlər Kabinetini şənbə günü elan edəcəyi gözlənilir.
Qeyd edək ki, Ərdoğan Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda 52 faizdən çox səslə qalib gəlib.
06 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ