İnsanlara hürriyət, millətlərə istiqlal!

KİV: Aİ Rusiyaya qarşı 11-ci sanksiyanı qəbul edə bilər

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 11-ci sanksiyanı qəbul edə bilər.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bu barədə Avroap Parlamentinin Rusiya ilə əlaqələr üzrə nümayəndə heyətinin üzvü, Xorvatiyadan olan deputat İvan Vilibor Sinçiç "İzvestiya" qəzetinə açıqlamasında bildirib.

O, qeyd edib ki, aprelin sonuna kimi yeni məhdudiyyətlər baş verə bilər.

Parlamentari bu qənaətə Avropa İttifaqının qərarlarının keçmiş dinamikasını nəzərə alaraq gəlib.

Bununla belə, Almaniya parlamentinin deputatı Qunnar Bek Aİ-nin bu həftə tədbirlər görəcəyini etiraf edib.

Öz növbəsində Estoniyanın xarici işlər naziri Urmas Reinsalu qeyd edib ki, yeni məhdudiyyətlər daha çox rusiyalı sahibkarlara təsir edəcək.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR