İnsanlara hürriyət, millətlərə istiqlal!

Kissincerdən Rusiyaya çağırış - "Razılaşma və konsensus əsasında..."

 

"Rusiya etiraf etməlidir ki, onun Avropa ilə münasibətləri razılaşma əsasında olmalıdır".

Bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Bloomberg-ə müsahibəsində deyib.

O, Avropa ilə münasibətlərinin razılığa və konsensusa əsaslanmalı olduğunu qəbul edən Rusiyanı "görmək istədiyini" bəyan edib ki. "bu, olduqca mümkündür".

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Henri Kissincerin bəyanatına cavab olaraq, Rusiya Federasiyasının Şərqi Avropaya, Finlandiyaya, İsveçə hücum etmək niyyəti ilə bağlı əsaslandırmasının “yanlış əminlik”  olduğunu deyib və əlavə edib ki, Moskvanın münaqişəni Qərb ssenarisi ilə həll etməyə razılaşacağını düşünmək “gülünc söhbətdir”.

Qeyd edək ki, rəsmi Moskva bundan əvvəl Kissincerin Rusiyaya sərf edən açıqlamalarını alqışla qarşılayırdı və mediada geniş işıqlandırırdı.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR