Onlayn ictimai-siyasi qəzet
Delimitasiya prosesi həyata keçirilən Kirants kəndində vəziyyət gərgindir.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
“Əmlakı və torpaq sahələri “məhdudlaşdırma” nəticəsində düşmənə keçəcək sakinlər onları yandırıb məhv edirlər”, erməni mediası yazıb.
“Alnının təri ilə qazandıqlarını türklərə buraxmayacağını” deyən Kirantsada mağaza sahibi malını yandırmağa çalışsa da, bir hissəsini yandırıb, digərini etməyə vaxt tapmayıb, polis və yanğınsöndürən maşını dayandırıb. Kənddə fəaliyyət göstərən fast food məntəqəsi də dağıdılır.
Sakinlərə bildirilib ki, ərazini Azərbaycana təhvil vermək üçün bir gün ərzində boşaltmalıdırlar.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ