İnsanlara hürriyət, millətlərə istiqlal!

Kibertəhlükəsizlik sahəsində MÜHÜM addım...

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyi (AİKTSA) arasında Anlaşma Memorandumu imzalanıb.

Musavat.com bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, sənədin əsas məqsədi informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və bu istiqamətlər üzrə ictimai etimadın artırılmasında birgə fəaliyyətin təşkil edilməsidir.

Əməkdaşlıq çərçivəsində sözügedən sahələr üzrə məlumat mexanizminin formalaşdırılması, birgə təlim, seminar, konfrans, təşviqat tədbirləri və layihələrin keçirilməsi, eləcə də beynəlxalq layihələrin təşkili çərçivəsində gələcək əməkdaşlıq imkanlarının müzakirəsi planlaşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR