İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kətaib Hizbullah” qruplaşmasının komandiri ÖLDÜRÜLDÜ

ABŞ Bağdada hava zərbəsi endirib. 

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Qeyd olunub ki, hücum nəticədə “Kətaib Hizbullah” komandiri Vissam Məhəmməd Sabir əs-Saedi öldürülüb.

Məlumata görə o, regionda ABŞ qüvvələrinə hücumların birbaşa planlaşdırılmasına və iştirakına cavabdeh olub.

Dağıntılar və mülki itkilər barədə məlumat yoxdur.

“Kətaib Hizbullah” qruplaşması öz saytında Əbu Baqir əs-Səadi kimi tanınan Vissam Məhəmməd Sabir əs-Saedinin ölümünü təsdiqləyib.

Bildirilib ki, o, Bağdadın şərqindəki Əl-Məştələ bölgəsində PUA hücumu nəticəsində öldürülüb. Zərbə nəticəsində Əbu Baqir əs-Səadi və onun iki yoldaşı həlak olub, bir nəfər isə yaralanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR