Onlayn ictimai-siyasi qəzet
Suriyanın şimal-qərbində, Türkiyə sərhədində yerləşən və Latakiya vilayətinə aid olan “Kəsəb” sərhəd-keçid məntəqəsi “Hayat Tahrir əş-Şam” (HTŞ) qruplaşmasının nəzarətinə keçib. Məlumata görə, keçid son dövrlər bölgədə baş verən qarşıdurmalar nəticəsində HTŞ tərəfindən ələ keçirilib.
Musavat.com bildirir ki, bu sərhəd məntəqəsinin nəzarətinin dəyişməsi bölgədəki siyasi və hərbi vəziyyətə ciddi təsir göstərə bilər.
“Kəsəb” keçidi həm Suriya, həm də Türkiyə üçün strateji əhəmiyyət daşıyır və bölgədəki gərginliyin artacağı gözlənilir.
Musavat.com
05 Fevral 2025
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ