İnsanlara hürriyət, millətlərə istiqlal!

Kərəmyan Ağazaryandan üzr istədi

“Ermənistan İstintaq Komitəsinin sədri Argişti Kərəmyan parlament deputatı, hakim partiyanın üzvü Ovik Ağazaryanın oğlunun işinə müdaxilə cəhdi ilə bağlı proses çərçivəsində dindirilməyə çağırılmayıb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Kərəmyan parlamentdə jurnalistlərlə söhbətində bildirib.

“Məni dindirməyə çağırmayıblar. Cinayət işi başlanıb. Dediklərim faktlarla təsdiqlənir, lakin ibtidai istintaq orqanında iş gedir”, - deyə Argişti Kərəmyan qeyd edib.

Onun sözlərinə görə, bütün müdaxilələri cinayət hesab etmək olmaz:

“Mən bunu cinayət hesab etməmişəm”.

Ovik Ağazaryanla yaranmış qalmaqala toxunan İstintaq Komitəsinin sədri üzr istəyib.

“Fürsətdən istifadə edərək parlamentdə baş vermiş insidentlə bağlı təəssüfləndiyimi bildirmək istərdim. Əgər ictimaiyyət ümumi problem görsə, əlbəttə ki, mən üzr istəməyə hazıram”, - deyə erməni məmur bildirib.

Kərəmyanın sözlərinə görə, Nikol Paşinyanla bu mövzuda söhbəti olmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR