Onlayn ictimai-siyasi qəzet
Keniyada avqustun 25-i axşam saatlarında baş verən böyük elektrik kəsilməsindən sonra ölkənin bir çox bölgələri ikinci gündür ki, işıqsız qalıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə Keniyanın "The Star" qəzeti məlumat yayıb.
"Kenya Power" idarə heyətinin sədri Coy Mdivo-Masinde deyib: "Ümummilli elektrik enerjisinin kəsilməsi "Turkwell" hidroelektrik stansiyasında avadanlıqların nasazlığı nəticəsində baş verib".
Qəza nəticəsində çoxsaylı strateji əhəmiyyətli infrastruktur obyektləri işıqsız qalıb. Nayrobi Beynəlxalq Hava Limanında işıq olmayıb. Hökumət binaları, o cümlədən Keniya Prezident Administrasiyasının ofisi işıqsız qalıb.
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ