İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəmaləddin Heydərov sabiq rəisin oğluna vəzifə verdi

Fövqəladə Hallar Nazirliyində nazir, general-polkovnik Kəmaləddin Heydərov mərhum hüquqşünas, sabiq polis rəisi İsaxan Aşurovun oğluna yeni vəzifə verib.

Musavat.com Qaynarinfo-ya istinadla məlumat verir ki, nazirin müvafiq əmri ilə mayor Kənan İsaxan oğlu Aşurov Bakı Regional Mərkəzi rəisinin birinci müavini vəzifəsindən azad olunaraq, Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzi rəisi təyin olunub.

Qeyd edək ki, Gəncə Regional Mərkəzi rəisi polkovnik Asif Eltufat oğlu Məmmədli FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin 1-ci müavini - qərargah rəisi təyin edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR