İnsanlara hürriyət, millətlərə istiqlal!

Kələkbaz Kostanayda da kələkbazdır - 13 təqaüdçünün 40 milyon tengesini ələ keçiriblər

Gənc dələduzlar özlərini polis kimi təqdim edərək pensiyaçıları 40 milyon tenge aldadıblar.

Musavat.com Qazaxıstan mediasına istinadla xəbər verir ki, polisin məlumatına görə, son iki ayda Kostanay vilayətinin ərazisində naməlum şəxslərin zəngləri ilə 13 dələduzluq faktı qeydə alınıb və onlar qocalara yaxın qohumlarının bədbəxt hadisədə və ya xəstəxanada olması barədə məlumat veriblər.

Bundan sonra dələduzluq edən şəxslər özlərini polis işçisi və ya onların qohumları kimi təqdim edərək, məsələnin həllində müsbət nəticə əldə olunması üçün pul tələb ediblər.

Əməliyyat-axtarış tədbirləri çərçivəsində Kostanay vilayəti üzrə UKP DP-nin kibercinayətkarlıqla mübarizə şöbəsinin əməkdaşları Kostanay RPŞ-nin Şimal şöbəsi ilə birlikdə dələduzluqda şübhəli bilinən şəxsləri müəyyən ediblər.

“Şübhəliləri müəyyən etdik, onların arasında azyaşlılar da var, bunlar altı gəncdir. Qruplar vasitəçilərinin göstərişi ilə hərəkət edərək, bədbəxt hadisə və ya tibb müəssisələrində müalicə olunmaq üçün hüquq-mühafizə orqanları ilə məsələni həll etmək adı ilə zərərçəkmişlərdən pul alıblar. Beləliklə, 13 təqaüdçünün fırıldaqçıların əlindən əziyyət çəkdiyi və 40 milyon tengedən çox pul itirdiyi müəyyən edilib”, – Kostanay vilayətinin UKP DP-nin kibercinayətkarlıqla mübarizə şöbəsinin müdiri Oljas Magyparov bildirib.

Polis 31 min dollar məbləğində pulu alarkən bir qrup dələduzu hadisə yerində saxlayıb. Faktla bağlı 190-cı maddənin 3-cü hissəsinin 4-cü bəndi “Təkrar dələduzluq törətmək” maddəsi ilə ibtidai istintaq başlayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR