İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş qubernator: “Respublikaçı namizədlərin Trampı dəstəkləməsi yanlışdır”

Merilend ştatının keçmiş qubernatoru və respublikaçı Larri Hoqan Donald Trampın Respublikaçılar Partiyasının ABŞ prezidentliyinə digər namizədlər tərəfindən dəstəkləməsinin səhv olacağını bildirib.

Musavat.com xəbər verir ki, bu barədə “The Hill” portalı məlumat yayıb.

“İş ondadır ki, onlar (digər respublikaçı namizədlər) deyirlər, Tramp cinayətdə təqsirli bilinsə belə, yenə də onu dəstəkləyəcəklər”, - Hoqan deyib.

Keçmiş qubernator bunun səhv olacağını qeyd edib və vurğulayıb ki, məhkəmə prosesi başlamazdan əvvəl necə öz üzərinə bu cür öhdəliklər götürmək olar.

Mətndə qeyd olunur ki, keçən həftə Respublikaçılar Partiyasından olan namizədlərin debatı zamanı moderator Bret Bayer Trampın, hətta təqsirli bilinsə belə, ABŞ prezidentliyinə namizəd irəli sürüləcəyi təqdirdə kimin onu dəstəkləyəcəyini öyrənmək üçün namizədlərin əl qaldırmalarını xahiş edib. Arkanzas ştatının keçmiş qubernatoru Uilyam Hatçinson və Nyu-Cersi ştatının keçmiş qubernatoru Kris Kristi istisna olmaqla, hamısı əl qaldıraraq Trampı dəstəkləyəcələrini bildirib.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Kapitol iğtişaşları ilə bağlı məhkəmə prosesinin martın 4-nə təyin edilməsi üçün apellyasiya şikayəti verəcəyini deyib.

Bundan əvvəl Trampın partiyası onun seçkilərdə qalib gələ bilməyəcəyini bildirmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR