Onlayn ictimai-siyasi qəzet
Sosial şəbəkələrdə son dövrlərdə çox iyrənc bir kampaniya aparılır. Xüsusilə, 1992-ci ildə Gədəbəyin Başkənd və Şınıx bölgəsində gedən döyüşlərlə əlaqədar şər-böhtan kampaniyasına start verilib.
Musavat.com xəbər verir ki, bir qrup şəxs belə fikirlər irəli sürür ki, guya o dövrdə həmin bölgənin sakinləri əraziləri tərk ediblər, onlar isə Gədəbəy və qonşu rayonları qoruyublar.
Bununla əlaqədar o döyüşlərdə yaxından iştirak edən döyüşçülər xalqa müraciət ediblər. 1992-ci ildə ilk könüllü batalyon yaradılanda həmin qüvvələrin tərkibində Gədəbəy və digər yerlərdə gedən döyüşlərdə yaxından iştirak edən, Şınıx bölgəsindən olan Qasımov Eldar İsrafil oğlu videomüraciətdə bu cür iyrənc kampaniya aparan şəxsləri adları ilə ifşa edib. E.Qasımov Tovuz özünümüdafiə batalyonunun qurucusu və əfsanəvi komandiri, Başkənd döyüşlərinin əsas qəhrəmanlarından sayılan "Bozqurd" ləqəbli Etibar Əmiraslanova həsr etdiyi şeiri də səsləndirib.
Digər döyüşçü Qasımov Kamal Binnət oğlu da müraciətində həmin şəxslərlə bağlı olduqca ağır ittihamlar səsləndirib.
Musavat.com-a göndərilən həmin video müraciəti təqdim edirik:
Cavanşir ABBASLI
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ