İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçən il 43 mindən çox şəxsə təkrar əlillik təyinatı aparılıb

2021-ci ildə dövlət tibb müəssisələri tərəfindən rəsmiləşdirilən göndərişlər əsasında 43,4 min nəfər üzrə təkrar əlillik təyinatı aparılmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur.

Trend-in məlumatına görə ,bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il üzrə hesabatında qeyd edilib.

Bildirilib ki 2021-ci ildə dövlət tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında 18,5 min nəfər üzrə ilkin əlillik təyinatı aparılmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 dəfə çoxdur. Onlardan, I dərəcə ilkin əlillik müəyyən olunmuş şəxslərin sayı 1,6 min nəfər, II dərəcə ilkin əlillik müəyyən olunmuş şəxslərin sayı 7,1 min nəfər, III dərəcə ilkin əlillik müəyyən olunmuş şəxslərin sayı isə 5,3 min nəfər olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq I dərəcə üzrə 15 faiz azdır, II dərəcə üzrə 22 faiz çoxdur, III dərəcə üzrə isə 43 faiz çoxdur. Eyni zamanda, onlardan 4,5 min nəfəri ilkin sağlamlıq imkanları məhdud uşaqlardır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz çoxdur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR