İnsanlara hürriyət, millətlərə istiqlal!

Kavelaşvilinin andiçmə mərasiminə xarici ölkələrin nümayəndələri dəvət edilməyib

Gürcüstanın yeni seçilmiş Prezidenti Mixeil Kavelaşvilinin andiçmə mərasiminə xarici ölkələrin nümayəndələri dəvət edilməyiblər.

Bu barədə parlamentin sədri Şalva Papuaşvili bildirib.

O, mərasimin keçiriləcəyi parlamentin iclas zalında müəyyən məhdudiyyətlərin olduğunu, seçicilər kollegiyasının üzvlərinin iştirakının, həmçinin konstitusiya orqanlarının tam təmsil olunmasının vacib olduğunu qeyd edib.

Papauaşvili mərasimin dekabrın 29-u saat 11-də baş tutacağını qeyd edib.//APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR