İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanadalıların 80%-dən çoxu Trüdonun istefasından məmnundur

Kanadalıların 80%-dən çoxu baş nazir Castin Trüdonun vəzifəsini vaxtından əvvəl tərk etmək qərarından razıdır.

Musavat.com xəbər verir ki, bu barədə “Global News” telekanalı məlumat yayıb. “Ipsos” tədqiqat şirkəti müvafiq sosioloji sorğunu telekanalın sifarişi ilə keçirib.

Araşdırmanın nəticələrinə görə, onun iştirakçılarının 81%-i baş nazirin bu hərəkətini müsbət qiymətləndirib. Eyni zamanda, 38% Trudonu Kanada hökumətinin başçısı vəzifəsində göstərdiyi fəaliyyəti “qeyri-qənaətbəxş” qiymətləndirib.

“Ipsos” həmçinin bildirib ki, Kanadanın hakim Liberal partiyasına dəstək bu fonda dəyişməyib və 20% səviyyəsində qalıb, kanadalıların 46%-i isə mühafizəkarlara səs verməyə hazırdır (dekabrda bu rəqəm 44%). Yanvarın 6-7-də keçirilən sorğuda 1000-dən çox insan iştirak edib.

Yanvarın 6-da Trüdo hakim Kanada Liberal partiyasının sədri vəzifəsini tərk edəcəyini və partiyaya yeni lider seçildikdən sonra baş nazir postunu ona ötürəcəyini açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR